Yaponiyada zəlzələ olub

 17:33 26.12.2021     341

Yaponiyanın cənubundakı ucqar Miyako adasında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az  "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.

Zəlzələnin episentri Şərqi Çin dənizi akvatoriyasında 40 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Okinava prefekturasının adalarında, o cümlədən onun inzibati mərkəzi - Naha şəhərində hiss olunub.

Yeraltı təkanlar sunami təhlükəsi yaratmayıb.

Həmçinin, tələfat və dağıntılar barədə də məlumat verilməyib.