"Alış-verişə getməsəm də, nəvələrim üçün Yeni il hədiyyələrini özüm seçməyə çalışmışam" - Putin

 18:02 26.12.2021     432

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, alış-verişə getməsə də, nəvələri üçün Yeni il hədiyyələrini özü seçməyə çalışır.

Redaktor.az  xəbər verir ki, dövlət başçısı həyatının bu təfərrüatlarını “Rossiya-1” telekanalında, “Moskva. Kreml. Putin” proqramında açıqlayıb. Jurnalist Pavel Zarubin prezidentdən Yeni ili və bayramları ailəsi ilə keçirə biləcəyini, nəvələri üçün hədiyyələri müstəqil seçib-seçmədiyini soruşub.

"Qismən hə. Amma təəssüf ki, alış-verişə getmirəm. Lakin indi başqa yollarla nəyisə seçmək imkanı var və mən bunu özüm etməyə çalışıram və ümid edirəm ki, bu, onların xoşuna gələcək", - Putin əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən