Baş nazirin qızı koronavirusa yoluxdu, özünü təcrid etdi

 19:13 26.12.2021     438

İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.

Redaktor.az xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus "RİA Novosti"yə bildirib.

"Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib", - Yonatan-Leus vurğulayıb.

Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.

Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.