"Qərarım insanlar üçün ancaq xeyirli olacaq” - Kadırov

 20:09 26.12.2021     344

Çeçenistanın rəhbəri Ramzan Kadırov mətbuat konfransında bildirib ki, zamanı gələndə yeni müddətə namizəd olub-olmayacağı barədə düşünəcək.

Redaktor.az xəbər verir ki, onun çıxışı Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin YouTube kanalında verilib.

O, gələcək planları ilə bağlı bunları deyib:

“Hələ vaxtımız var. Mən hələ bu barədə düşünmürəm. Hər halda inanıram ki, qərarım insanlar üçün ancaq xeyirli olacaq”.