ABŞ-da 1600 uçuş ləğv edildi

 20:27 26.12.2021     142

ABŞ-da koronavirusun “Omicron” ştamına yoluxma hallarının artması səbəbindən Yeni il tətilində 1600-dən çox uçuş ləğv edilib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyanın hava yolları əməkdaşlarına təsiri səbəbindən bu qərarlar qəbul edilib.

Ləğv olunan uçuşlara görə tətilə getmək üçün hava limanlarına üz tutan  amerikalılar çətin vəziyyətlə üzləşiblər.

Dünya miqyasında isə pandemiya səbəbindən cümədən bazar gününə qədər 5 min 400-dən çox uçuş ləğv olunub.