ABŞ Rusiyanı “görünməmiş” sanksiyalarla HƏDƏLƏDİ

 04:05 27.12.2021     172

“ABŞ Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezident Kamala Harris “CBS News” telekanalına müsahibəsində deyib.

“Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk”, deyə Harris vurğulayıb.

Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, “konkret sanksiyalar” haqqında danışmaq niyyətində deyil.