İsrail koronavirusa qarşı yeni dərmanın istifadəsinə icazə verdi

 05:07 27.12.2021     430

İsrail Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün "Paxlovid" dərmanının istifadəsinə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

Məlumata əsasən, həmin dərman "Pfizer" şirkəti tərəfindən istehsal edilib:

"Səhiyyə Nazirliyi "Paxlovid" dərmanının istifadəsi üçün təcili icazə verib. Səhiyyə Nazirliyi və "Pfizer" şirkəti Paxlovid dərmanının alınması üzrə müqavilə imzalayıblar. Dərmanın yaxın günlərdə İsrailə göndəriləcəyi gözlənilir".

Vumart və Güvən reklamı Vumart Güvən