Yeni pandemiyalara hazır olun - BMT baş katibindən ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.
Redaktor.az-ın məlumatına görə, o, qeyd edib ki, hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.
"COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Mövcud sağlamlıq böhranını həll edərkən, növbəti pandemiyaya hazırlaşmalıyıq.
Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni göstərək" - Quterreş tvitter-də yazıb.