Yunanıstanda matəm elan edildi

 09:18 27.12.2021     106

Yunanıstanda ölkənin keçmiş prezidenti Karolos Papulyasın vəfat etməsi ilə əlaqədar milli matəm elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi bildirib.

Məlumata əsasən, hökumətin qərarı ilə “Karolos Papulyasın vəfat etdiyi gündən, eləcə də dəfn olunduğu gündən etibarən” milli matəm elan edilməsi qərara alınıb.

Agentlik qeyd edib ki, bundan əlavə, onun vəfat etdiyi günündən dəfn gününə qədər bütün ölkədə dövlət qurumlarının bayraqları endiriləcək.