“Cənubi Qafqazda Türkiyə-Ermənistan qarşıdurması sona çatır” - Ərdoğanın sözçüsü

 11:00 27.12.2021     304

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb və proseslər çox fərqli istiqamətdə inkişaf edir. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı, onların qurduqları struktur çökmək üzrədir. Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq bitir. Qarabağın azad edilməsi, müstəqilliyi və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə orada tarixin yeni səhifəsi açıldı".

Redaktor.az  xəbər verir ki, bunuTürkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan türk vətəndaşları ilə görüşü zamanı deyib.

O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb.

İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq.