“Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü Moskvada keçirilə bilər” - Çavuşoğlu

 12:24 27.12.2021     118

“Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2021-ci ilin yekunlarına dair mətbuat konfransında söyləyib.

O bildirib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb.