İranda zəlzələ oldu

 13:22 27.12.2021     429

İranın cənub hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Avropa-Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, zəlzələnin episentri Bender-Abbas şəhərindən 59 kilometr şimalda yerləşib.

Sözügedən şəhərdə təqribən 352 min nəfər yaşayır.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən