"Paşinyanın əsas məqsədi Arayik Arutyunyanı vəzifəsindən uzaqlaşdırmaqdır”

 14:14 27.12.2021     457

“Ermənistanın Baş naziri Nikol Paşinyanın əsas məqsədi Artsaxda daxili siyasəti dəyişmək və Arayik Arutyunyanı vəzifəsindən uzaqlaşdırmaqdır”.

Redaktor.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Milli Assambleyanın “Mənim namusum var” fraksiyasının deputatı, eyni zamanda hərbi ekspert olan Tiqran Abrahamyan feysbuk səhifəsində yazıb. Onun fikrincə, hazırda "Artsax"da yeni prezident seçkilərinin keçirilməsi demək olar ki, qeyri-mümkün olduğundan, baş nazir Nikol Paşinyan pərdə arxasından Arayik Arutyunyanın uzaqlaşdırılması prosesinə başlayıb.

“Burada problem Arayik Arutyunyanın yaxşı və ya pis olması və ya bununla şərtlənən bir prosesin başlamasında deyil, Paşinyanın Artsaxın subyektivliyinin sonuncu komponentindən məhrum etmək üçün ən qısa addım kimi, Arutyunyanın uzaqlaşdırılması prosesinə başlamaq və prezident kürsüsün boşluğunu təmin etməkdir”, - Abrahamyan deyib.

O, davam edən prosesslərin çoxunun cəmiyyətin əksəriyyətinin görmədiyini də sözlərinə əlavə edib.

Hərbi ekspert “Paşinyanın daxili məqsədi Türkiyə və Azərbaycandan başqa məsələlərdə kompromis əldə etmək müqabilində Artsax məsələsində məsuliyyətdən tamamilə xilas olmaqdır” deyib.

Sübhan Şərif