““3+3” siyasiləşdirilməmiş formatdır” - Rusiya XİN

 14:32 27.12.2021     164

““3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri və onların qonşularını bir-birinə yaxınlaşdırmağa yönələn praqmatik, siyasətləşdirilməmiş format olaraq yaradılıb və bu formada fəaliyyət göstərir”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. 

“Birgə işimizdə ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsinə xidmət edən məsələlərə diqqət yetiririk. Bunlar isə iqtisadi-ticarət, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, eləcə də ümumi təhdid və çağırışlarla mübarizədir. Dekabrın 10-u “3+3” formatının Moskvada keçirilən birinci iclası göstərdi ki, iştirakçılar konstruktiv dialoqu dəstəkləməklə yanaşı, praktik qarşılıqlı fəaliyyətin yaradılmasında da maraqlıdırlar”, - deyə Rudenko qeyd edib.

O, həmçinin Gürcüstanın formatın ilk iclasına öz nümayəndələrini göndərməməsindən təəssüfləndiyini vurğulayıb: “Bununla belə, bütün iştirakçılar Gürcüstanın da bu platformaya qoşulmasında maraqlı olduqlarını bəyan etdilər və Gürcüstan üçün qapının açıq qaldığına dair razılığa gəldilər”.