“Rusiyanın NATO-ya üzv olması qeyri-mümkündür” - Lavrov

“Rusiyanın NATO-ya üzv olması qeyri-mümkündür, çünki Qərb beynəlxalq arenada eyni təsir gücünə malik rəqiblərinin olmasını istəmir”.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub-kanalında Vladimir Solovyova verdiyi müsahibəsində deyib.
“Bütün proses NATO və ya Avropa İttifaqı ətrafında getmir. Məsələ Qərbin beynəlxalq arenada təsir baxımından rəqiblərinin olmasını istəməməsi ətrafında cərəyan edir” - deyə Lavrov bildirib.