Rusiyada helikopter qəzaya düşdü - YENİLƏNİB

Göyərtəsində iki nəfərin olduğu Mi-2 helikopteri Udmurtiyada çətin eniş edib.
Redaktor.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Moskva vaxtı ilə 14.15 Udmurtiyanın Uvinski rayonuna Mi-2 helikopterinin sərt eniş etməsi ilə bağlı xəbər daxil olub. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində iki nəfər olub.
Qeyd olunur ki, ekipaj magistral neft kəmərlərində patrul həyata keçirib.
***16:19
Rusiyanın Udmurtiya Respublikasının Yakşur-Bodyinskiy rayonunda helikopter qəzaya düşüb.
Redaktor.az rus mətbuatına istinadən xəbər verir ki, helikopterin neft kəmərini təftiş etdiyi bildirilir.
Hadisə yerinə xilasedicilər yönləndirilib.