Rekordu ilə tarixə düşdü - VİDEO

 02:00 28.12.2021     390

Britaniyalı müğənni Ed Şiranın “Shape of You” mahnısı tarixdə ilk dəfə “Spotify”da 3 milyard dəfə dinlənilib.

Redaktor.az xəbər verir ki, bu barədə ifaçının özü instaqram hesabında məlumat verib.

Rekord dekabrın 22-də qeydə alınıb. Şiran bu nəticəni “tamamilə ağlasığmaz” adlandırıb.

Qeyd edək ki, “Shape of You” Şiranın 2017-ci ildə işıq üzü görmüş “÷” (Divide) adlı üçüncü studiya albomuna daxildir.

Müğənninin rəsmi yutub kanalında mahnının klipi 5,5 milyarddan çox izlənilib.

Vumart və Güvən reklamı Vumart Güvən