ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi təsdiqləndi

ABŞ prezidenti Co Bayden ölkənin 2022-ci il üçün müdafiə büdcəsini təsdiq edib.
Redaktor.az xəbər verir ki, Ağ Evin yaydığı məlumatda hərbi büdcənin 770 milyard dollar olduğu bildirilir.
Bildirilib ki, ABŞ Konqresi hərbi büdcəni ötən ay təsdiqləyib. 2022-ci maliyyə ilinin hərbi büdcəsi başlıca olaraq Müdafiə Nazirliyinin hərbi inşaat proqramına və kəşfiyyat sahəsində milli təhlükəsizliyin təmin olunmasına yönəlib.