Bu ölkədə temperatur mənfi 55 dərəcə Selsiyə endi

 21:53 27.12.2021     275

Kanadanın mərkəzi və Qərb əyalətlərində ekstremal şaxta hökm sürür.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Bürosu məlumat yayıb.

Büro həmçinin kəskin şaxtalar barədə də xəbərdarlıq edib. Albert, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərində temperaturun -35-lə -55 dərəcə arasında dəyişəcəyi bildirilir. Hazırda gənclər arasında xokkey çempionatının keçirildiyi Edmontonda temperatur -45 dərəcəyə enib.

Sinoptiklər ekstremal soyuq havanın donmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən