Jirinovski Yeni il gecəsi Ukraynanı bombalamağa ÇAĞIRDI

 09:33 28.12.2021     425

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Birinci Kanal”ın efirində Yeni il gecəsində Ukrayna və Qərb ölkələrinin ərazisinə bombalı zərbələr endirməyə çağırıb.

Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, siyasətçi əlavə edib ki, prezident səlahiyyətləri olsaydı, özü belə bir sərəncam verərdi.

“Sadəcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bombalamaq lazımdır. Səhər dörddə, səhər beşdə. Artıq hamı sərxoş olanda. Onların hamısını bombalamağa ehtiyac yoxdur! Ancaq seçməklə - kimini cəzalandırmaq, kiminisə qorxutmaq üçün”,- deyə Jirinovski bildirib.

Qeyd edək ki, dekabrın 26-da Jirinovski Ukraynanı tamamilə Rusiyaya birləşdirməyi təklif edib. Siyasətçi əmindir ki, Rusiya hakimiyyəti üçün belə bir əməliyyata Vaşinqtonun razılığını almaq elə də çətin deyil.