Sergey Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə o Rusiyanın hərbi idarəsində keçirilən konfransda məlumat verib.
“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti döyüşən tərəfləri ayırmaq üçün mürəkkəb tapşırıqları yerinə yetirib və hazırda regionda planlaşdırılan profil tapşırıqlarını həll edir. Sülhməramlı qüvvələrimizi təqdim etməklə biz vəziyyəti sakitləşdirməyə nail olduq və planlı işlərin görülməsi üçün növbəti addımlar atılır. Bu bölgəyə həyat tədricən qayıdır. Orada daha çox sülh və əmin-amanlıq hökm sürür” - deyə S.Şoyqu bildirib.