Rusiyada qanunsuz işləyənlər deportasiya olunacaq

 17:04 28.12.2021     139

Gələn il yanvarın 1-dən qanunsuz əmək fəaliyyəti ilə məşğul olan miqrantlar Rusiyadan deportasiya olunacaq.

Redaktor.az xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, 2020-ci il yanvarın 1-dən Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar təkcə cərimələnməyəcək, həm də Rusiyadan deportasiya oluna bilərlər.

Qurumdan xatırladılıb ki, Rusiya prezidenti tərəfindən əmək miqrantları üçün tətbiq olunan müvəqqəti tədbirlər dekabrın 31-də başa çatır.

Qeyd edək ki, 2020-ci ilin mart ayından 7 milyondan çox əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi alıb. Milyon yarımdan çox xarici vətəndaş isə Rusiyada qalmalarının qanuniliyini tənzimləyə bilib.