Nazarbayev MDB dövlət başçıları ilə şəkil çəkdirmək istəmədi - VİDEO

 19:12 28.12.2021     147

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderləri ilə kollektiv foto çəkilişdə iştirak etməyib.

Redaktor.az xəbər verir ki, sözügedən görüntünü “Komsomolskaya pravda” yayıb. 

Kadrlarda görünür ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev öz ölkələrinin bayraqlarına yaxınlaşır. Rusiya lideri Nazarbayevi də onlara qoşulmağa dəvət edir, lakin Qazaxıstan Təhlükəsizlik Şurasının sədri bundan imtina edir.

Qeyd edək ki, MDB sammitindən əvvəl Nazarbayevlə Putin arasında qısa danışıqlar aparılıb. Siyasətçilər regional və beynəlxalq məsələləri, eləcə də iki ölkə arasında ticarəti müzakirə ediblər. Bundan əlavə, Putin və Nazarbayev bir-birlərini Yeni il münasibətilə təbrik ediblər.