"Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq” - Hulusi Akar

 21:32 28.12.2021     94

“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Rusiya ilə Ukrayna arasında gərginliyə toxunan nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb:

“Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.