Putin iranlı həmkarı ilə görüşəcək

 22:03 28.12.2021     296

Moskvada Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, yüksək səviyyədə Rusiya-İran görüşünə hazırlıq gedir.

Məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi 2022-ci ilin əvvəlində Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.