Çin İlon Maskdan BMT-ə şikayət etdi

 22:19 28.12.2021     177

Çin avtomobil istehsalçısı “Tesla” və kosmik texnologiya şirkəti “SpaceX”in qurucusu olan İlon Maskdan Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kosmik İşlər” idarəsinə şikayət edib.

Redaktor.az “BBC”ə istinadən xəbər verir ki, şikayətin səbəbi kimi “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peykllərin kosmik stansiyaya təhlükə yaratması göstərilir.

Çin "SpaceX" tərəfindən iyul və oktyabr aylarında kosmosa göndərilən Starlink peyklərinin kosmik stansiya ilə toqquşmasının qarşısını almaq üçün "toqquşmaya nəzarət tədbirləri" həyata keçirməli olduğunu açıqlayıb.

Bundan başqa bildirək ki, “SpaceX” Starlink peykləri ilə dünyanın orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Sübhan Şərif