Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib - Rusiya XİN

 23:05 28.12.2021     190

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunları ilə bağlı yaydığı icmalda bildirilib.

"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və habelə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edib. Dekabrın 10-da Moskvada “3+3” formatında Məşvərət Regional Platformasının (üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin, üç qonşu ölkə – Rusiya, Türkiyə, İran) hələlik Gürcüstanın iştirakı olmadan təsis iclası keçirilib", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.