Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunan komandir bəraət aldı - FOTO

“Sisakan” könüllü dəstəsinin komandiri Aşot Minasyana qarşı Ermənistanın Baş naziri Nikol Paşinyana sui-qəsdin hazırlanması və hakimiyyətin mənimsənilməsi epizodları üzrə istintaqa xitam verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Feysbukda Minasyanı Müdafiə Şurası məlumat yayıb:
“Yəni prosesi həyata keçirən orqan nəhayət belə bir qənaətə gəlib ki, ittihamda göstərilən əməllər cinayət deyil və bu baxımdan Minasyan bəraət qazanmış statusa malikdir”. Bununla belə o, qanunsuz silah və sursat saxlamaqda ittiham olunduğu üçün azad edilə bilməz.
Xatırladaq ki, dəstənin komandiri 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb.
