Yunanıstanda 6,1 ballıq zəlzələ oldu

 10:02 29.12.2021     235

Yunanıstanın Krit adası sahillərində 6,1 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkan İraklion ada şəhərindən 89 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində insan itkisi, yaralı və dağıntılar barədə məlumat yoxdur.