Gürcüstan parlamentinin yeni spikeri seçildi

 14:12 29.12.2021     456

Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Şalva Papuaşvili parlamentin spikeri postuna təsdiqlənib.

Redaktor.az xəbər verir ki, Gürcüstan parlamentinin bu gün keçirilən iclasında baş tutmuş səsvermədə deputatlardan 88-i onun lehinə, 1-i isə əleyhinə səs verib.

Yeni sədrin təsdiqlənməsi üçün minimal 76 səsə ehtiyac olub.

Qeyd edək ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də istefa verib. O, istefasını yaxın gələcəkdə vacib dövlət layihələrindən birinə rəhbərlik edəcəyi ilə əlaqələndirib.