Ermənistan itkilərinin yeni sayını AÇIQLADI

 14:22 29.12.2021     618

Ermənistan İstintaq Komitəsi Qarabağda 44 günlük müharibədə ölənlərin sayı və cəsədlərin DNT analizinin nəticələri ilə bağlı yeni məlumat yayıb.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki,  24 dekabr 2021-ci il tarixinə ola məıumata əsasən, Dağlıq Qarabağda 44 günlük müharibə zamanı ölən erməni hərbçilərinin və mülki şəxslərin sayı 3808 nəfərdir.

Səhiyyə naziri Anait Avanesyanın sözlərinə görə, bəzi cəsədlərin şəxsiyyətini Ermənistanda təyin etmək mümkün olmayıb. Həmin cəsədlər DNT analizi üçün xarici ölkələrə göndərilir.

İstintaq Komitəsi bu günə qədər şəxsiyyətini müəyyən etmək mümkün olmayan cəsədlərin sayını açıqlamayıb və bunun istintaq sirri olduğunu qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən