İran Zəngəzurda konsulluq açır

 16:22 29.12.2021     637

İran Ermənistanın Zəngəzur bölgəsinin Qafan rayonunda konsulluq açmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi "İRNA" məlumat yayıb.

Bildirilir ki,  İran hökuməti dekabrın 29-da keçirilən iclasda Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması ilə bağlı təklifini bəyənib.