Alimlərin "aça bilmərik" dediyi mumiya araşdırıldı

 02:00 30.12.2021     934

3500 il əvvəl hökmdarlıq edən I Firon Amonhotepin mumiyasının içi rentgen şüaları ilə araşdırılıb. 

Redaktor.az xəbər verir ki, daha əvvəl arxeoloqlar qəbri aça bilməyəcəklərinə dair qərar vermişdi.

18-ci sülalənin ikinci fironu olan I Amonhotepin məzarının daha tez açılmasına razılıq verilib. Ancaq arxeoloqlar bu prosesi özlərinin edə bilməyəcəklərini bildiriblər. Bu vəziyyətdə I Amonhotep mumiyasının içi rentgen şüaları ilə araşdırıldı. Tapıntılar fironun həyat və ölüm sirlərini işıqlandırıb.

Araşdırmaçı qrupun radioloqu Seher Salim fironun fiziki olaraq atasına bənzədiyini, dar çənəsi, kiçik burnu və qıvrım saçları olduğunu deyib:

"Çiçək çələngləri və taxta üz maskası ilə bəzədilmiş firon mumiyası çox zərif olduğundan arxeoloqlar heç vaxt onu açmağa cürət etmirdilər". 

Qeyd edək ki, 1881-ci ildə kəşf edilən qalıqlar 19-20-ci əsrlərdə tapılmış və hələ də açılmamış yeganə kral mumiyası olaraq qalır.