"Delta" və "omikron" ştamları yeni pandemiya dalğasına səbəb olacaq - ÜST

 21:04 29.12.2021     305

Koronavirusun "delta" və "omikron" ştamları yeni pandemiya dalğasına səbəb ola bilər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bildirib.

“Delta” və “omikron” variantlarına görə yoluxma hallarının sayı artır, bununla da xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

ÜST rəhbəri deyib ki, xüsusi narahatlıq doğuran məqam "omikron" variantının daha yoluxucu olmasıdır.

O, əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması koronavirusun yeni variantlarından qorunmaqda əsas elementdir.