Putinlə Bayden arasında telefon danışığının vaxtı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında telefon danışığı baş tutacaq.
Redaktor.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Həqiqətən də, Putinlə ABŞ Prezidenti arasında telefon danışığı sabah axşama planlaşdırılıb”, - deyə Peskov bildirib.
T.İSMAYIL