Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonu qarşılamağa getdi - VİDEO

 22:39 29.12.2021     550

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı danışıqlardan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonu şəxsən qarşılayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Pool of the First” teleqram kanalı məlumat yayıb. Görüntülərə əsasən, Lukaşenkonu qarşılamağa gələn Putin “Mercedes-Benz ML”in sükanı arxasından düşür.

Liderlər görüşdükdən sonra Konstantin sarayına yola düşürlər.