Bu türk ölkəsində yeni parlament sədri seçildi

Qırğızıstan parlamentinin yeni sədri seçilib.
Redaktor.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə “Kabar KNİA” portalı məlumat yayıb.
Belə ki, Joqorku Keneşin (parlament) sədr vəzifəsinə iki nəfərin - Talanat Mamıtov və Adaxan Madumarov namizədlikləri irəli sürülüb.
Gizli səsvermə zamanı deputatlardan 63-ü Mamıtovun lehinə, 10-u Madumarovun lehinə, 14 deputat hər iki namizədin əleyhinə səs verib.
Beləliklə, Talanat Mamıtov yeni parlamentin spikeri olub.