Rusiyada məktəbə gedən uşaq yolda donub öldü

 09:25 30.12.2021     272

Rusiyanın Moskva vilayətində 11 yaşlı uşaq donaraq ölüb.

Redaktor.az REN TV-yə istinadən xəbər verir ki, məktəblinin cəsədi vilayətin Dubna şəhərində aşkar edilib.

İlkin məlumata görə, yeniyetmə səhər saatlarında məktəbə getmək məqsədi ilə evdən çıxsa da, son ünvana çata bilməyib.

Sosial şəbəkələrdə yayılan məlumatda isə məktəblinin səhv nömrəli avtobusa mindiyi, lakin geri qayıtmaq üçün pulu olmadığından piyada hərəkət etmək məcburiyyətində qaldığı bildirilir.

Hazırda aidiyyəti qurumlar informasiyanın nə qədər doğru olub-olmadığını araşdırır.