İŞİD-in Türkiyə qolunun rəhbəri həbs olundu

İŞİD-in Türkiyə qoluna cavabdeh olan rəhbəri həbs olunub.
Redaktor.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, Mehmet Fatih Alıcı adlı şəxs kamikadze hücumlarında istifadə edilən partlayıcı vasitələrin təminindən, ideoloji təbliğatdan, hərbi təlimlərdən məsul bilinib və Qaziantep Ağır Cinayətlər məhkəməsində ona 8 il, 4 ay həbs cəzası verilib.
Sübhan Şərif