Azərbaycanın Ermənistana qaytardığı 5 hərbçidən biri həbs edildi

 15:58 30.12.2021     154

Azərbaycanın Macarıstanın vasitəçiliyi ilə Ermənistana təhvil verdiyi 5 hərbçidən biri Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Redaktor.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi açıqlayıb.

Bildirilib ki, təhvil verilən hər bir hərbçi sorğuya çəkilib, ancaq onlardan yalnız Arman Xaçatryan saxlanılıb. Belə ki, o, döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda şübhəli bilinir.