İrəvan-İstanbul aviareyslərini bu şirkət yerinə yetirəcək

 21:55 30.12.2021     299

Ermənistanın "Flyone Armenia" aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərini yerinə yetirəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.

Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.

Uçuşlar 2022-ci ilin yanvar ayından başlayacaq.

Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır.