Antalyada leysan həyatı iflic etdi - VİDEO

 00:23 31.12.2021     219

Türkiyənin Antalya şəhərində leysan həyatı iflic edib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi bölgələrdə küləyin sürəti saatda 175 kilometrə çatıb.

Antalyanın Ovacık bölgəsində kvadrat metrə orta hesabla 235,8 kiloqram yağıntı düşüb. Olimpos çayı daşıb.

Mərkəz və qərb rayonları üçün qırmızı kod xəbərdarlıq edilib. Şəhər mərkəzi və bəzi rayonlarda yağan intensiv yağış səbəbindən küçələrdə gölməçələr əmələ gəlib.

Evlərdə və iş yerlərində də daşqınlar olub. Bəzi məhəllələrdə elektrik enerjisinin verilişində fasilələr davam edir. Konyaaltı çimərliyinə quraşdırılmış zibil qutuları fırtına səbəbindən sökülərək yola atılıb, dənizdə nəhəng dalğalar əmələ gəlib.