Putin və Bayden arasında telefon DANIŞIĞI

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bəli. Biz vaxtında başladıq", - deyə Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə bildirib ki, Rusiya və ABŞ liderləri arasında telefon danışığı Vaşinqton vaxtı ilə saat 15:35-də (Bakı vaxtı ilə 00:35) başlayıb. O, əlavə edib ki, Bayden hazırda həftə sonunu keçirdiyi Delaver ştatının Uilminqton şəhərindəki evindədir.
İki liderin telefon danışığı hələlik mətbuata qapalıdır.
Qeyd edək ki, bu, son bir ayda iki prezident arasında ikinci söhbətdir. Birinci dəfə dekabrın 7-də Putin və Bayden arasında telekonfrans formatında 2 saat danışıq olub.