Saakaşvili nikahdankənar qızının olduğunu etiraf etdi - FOTO

 13:14 31.12.2021     638

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə eks-prezident feysbuk səhifəsində yazıb.

Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib.

O, qeyd edib ki, 2022-ci ildə bütün uşaqların daha sağlam və xoşbəxt olmasına çalışmalıdırlar.

22