2021-ci ildə dünyanın ən zənginləri sərvətlərini nə qədər artırdı?

 21:16 31.12.2021     164

2021-ci ildə dünyanın ən zəngin 10 adamı toplam 400 milyard dollar qazanıb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, İlon Mask sərvətinə 121 milyard dollar əlavə edərək milyarderlərin siyahısına liderlik etdiyi halda, birinciliyi Maska güzəştə gedən Ceff Bezos 4 milyard yarım dollarla kifayətlənib.

“Bloomberg”in milyarderlər indeksinə görə, 2022-ci ildə dünyanın ən zəngin 10 adamının hər birinin sərvəti 100 milyard dollardan çox olacaq.

Qeyd edək ki, Bill Qeyts və Ceff Bezosdan başqa ilk onluqdakı digərlərinin bir çoxu ilk dəfə məhz bu il sərvətlərini 100 milyard dollardan artıq bir məbləğ çatdıra bilib.