Almaniya nüvə stansiyalarının yarısını bağlayacaq

 22:10 31.12.2021     176

Almaniyada hələ də fəaliyyət göstərən altı atom elektrik stansiyasının yarısı öz fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" qəzeti bildirib.

Daha sonra hakimiyyətin planına görə, daha bir ildən sonra qalan üç AES-in bağlanması və tamamilə başqa enerji mənbələrinə keçməsi planlaşdırılır.

Nüvə enerjisindən tədricən imtina qərarı hələ 2002-ci ildə kansler Qerhard Şröder tərəfindən qəbul edilib.