“Taliban”dan saqqalla bağlı yeni qərar

 00:44 01.01.2022     212

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” təşkilatı kişiləri saqqal saxlamağa məcbur etməyəcək.

Redaktor.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hərbi Xidmətə Çağırış Nazirliyi bəyanat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, “Taliban” hər kəsi saqqal saxlamağa məcbur etmək və onun yoxluğuna görə cəzalandırmaq hüququna malik deyil.

Qurumdan qeyd olunub ki, saqqal uzatmaq barədə göstəriş sadəcə tövsiyə xarakteri daşıyır.