Türkiyədə terrorçuların 160-dan çox sığınacağı məhv edildi

 02:26 01.01.2022     240

Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Kış" antiterror əməliyyatının altıncı mərhələsi çərçivəsində 9 RKK terrorçusu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, terrorçulardan biri sağ ələ keçirilib, digər səkkiz nəfər isə məhv edilib.

Zərərsizləşdirilən 5 silahlı Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyində olan xüsusi təhlükəli terrorçular siyahısında olub.

Bununla yanaşı, silahlıların 143 sığınacağı məhv edilib, 21 mağaranın girişləri məhv edilib, çoxlu sayda silah və sursat ələ keçirilib.

Qeyd edə ki, Tunceli vilayətinin Mercan bölgəsində PKK terror təşkilatı silahlılarına qarşı əməliyyatda 1 062-yə qədər xüsusi təyinatlı iştirak edir.