2022-ci ildə münaqişələrin alovlana biləcəyi yerlər açıqlandı

 04:31 01.01.2022     326

ABŞ-ın "Foreign Policy" jurnalı "barıt çəlləkləri", yəni, dünyada 2022-ci ildə münaqişələrin alovlana biləcəyi yerləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, nəşrin siyahısında ilk yerdə Efiopiya dayanır. Hökumət qüvvələri və Tiqrayn Azadlığı Cəbhəsi arasında toqquşmaların hər an baş verməsi mümkündür.

Məqalədə qeyd olunur ki, Cənubi Çin dənizində ABŞ və Çinin hərbi təyyarələri arasında qeydə alınan insidentlər müharibə riskini artırır. 2001-ci ildə 2 ölkənin təyyarələri toqquşarkən vəziyyətin normallaşması üçün diplomatlar aylarla vaxt sərf etdilər. İndiki vəziyyətdə bu daha çətin olardı.

Məqalə müəlliflərinin fikrincə, Vaşinqtonla Tehran arasındakı nüvə danışıqlarının dalana dirənməsi də münaqişəyə səbəb ola bilər. İranın nüvə potensialının zəiflədilməsi üçün ABŞ və İsrail İrana birgə zərbə endirə bilər.

Bundan başqa, müəlliflər Ukraynada da münaqişənin alovlana biləcəyini iddia edirlər.