ÜST-ün baş direktoru bu il pandemiyanın bitəcəyinə əmindir - Amma...

 11:28 01.01.2022     851

“Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq”.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bu fikirləri ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

“Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və “Omikron” ştamının yaranmasına şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq”, - o bildirib.